ABŞ və Fransa kəşfiyyatı Ukraynaya Rusiya ərazisinə PUA-larla zərbələrin planlaşdırılmasında yardım edib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, kəşfiyyatın məlumatları əsasında Ukrayna Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri müəyyən edib və PUA-ların onlardan yan keçərək hədəflərə çatmasına imkan yaranıb.