Ukrayna-Rusiya müharibəsi: Qara dəniz "qan gölü"nə dönə bilər - RİSK !
Fidan Həmişəyeva
18:25 10.04.2021
Dünya
710
"Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bir daha vurğuladı. Ərdoğan mətubat konfransında Ukraynanın şərqindəki gərginliklə bağlı bir neçə önəmli fikir söylədi".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib:
"Birincisi, Ərdoğan dedi ki, Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır: “Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”. İkincisi, Türkiyə Cumhurbaşqanı dedi ki, Qara dəniz sülh dənizi olaraq qalmalıdır: “Qara dənizdə sülh və rifahın bərpası hədəfimizdir. Ortaq coğrafiyamızda nəyin bahasına olursa-olsun, gərginliyin artmasını arzu etmirik”. Üçüncüsü, Ərdoğan Rusiya ilə Ukrayna arasında yaranan münaqişənin Minsk anlaşmaları əsasında dialoq yolu ilə həll olacağına ümid etdiyini vurğuladı: “Son zamanlar regionda gərginliyin artması arzuolunan deyil.
Mövcud böhranın Ukraynanın ərazi bütövlüyünün və beynəlxalq hüququn tələbləri çərçivəsində sülh şəraitində və diplomatik yollarla həll olunmasının vacibliyinə inanırıq”. Beləliklə, Türkiyə Cumhurbaşqanı Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinədir. Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər. Digər tərəfdən Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qaradəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa bu yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qara dənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir."
E.Şahinoğlu onu da əlavə edib ki, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqi də göz qabağındadır. Türkiyə Azərbaycanın işğal altındakı torpaqların müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı:
"Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbuki, Ankarada da anlayırlar ki, Donbass məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət