Ukrayna və ABŞ sülh planını təkmilləşdirdi

Floridada keçirilən danışıqlarda Ukrayna və ABŞ nümayəndə heyətləri bundan əvvəl Cenevrədə tərəflərin razılaşdırdıqları Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üzrə Amerika planını təkmilləşdiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“İş Cenevrə sənədi əsasında aparılıb və sənəd təkmilləşdirilib”, - o qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və danışıqlar qrupunun digər üzvləri ABŞ-yə əsas prioritetləri haqqında məlumat veriblər. Ukrayna lideri bu prioritetlərin nə olduğunu dəqiqləşdirməyib.