Ukraynada davam edən müharibədə döyüşən daha iki gürcü könüllünün həlak olduğu bildirilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Məlumata görə, həyatını itirənlərdən biri İqor Bekuraşvili olub. Həmçinin 30 yaşlı Georgi Damenianin də cəbhədə öldüyü açıqlanıb.
Bildirilir ki, Georgi Damenia Gürcüstanın Senaki şəhərində anadan olub və son illərdə Ukraynada yaşayırdı.
Məlumatda qeyd olunur ki, yaxın günlərdə həlak olan gürcü döyüşçülərin xatirəsinə anım mərasimləri keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Ukrayna cəbhəsində İqnas Kaylyus adlı litvalı könüllünün də həlak olduğu bildirilmişdi.
Həmçinin yanvar ayında 28 yaşlı polyak könüllü Katsper Bassin Xarkov vilayətində aldığı yaralardan dünyasını dəyişdiyi açıqlanmışdı. O, döyüş yoldaşları arasında “Fransız” ləqəbi ilə tanınırdı.