Ukraynada iki regiondan 3 min uşaq və valideynin təxliyəsini əmr edib

Ukrayna hakimiyyəti Rusiya qüvvələrinin irəliləməsi fonunda Zaporojye və Dnepropetrovsk vilayətlərindəki ön cəbhə yaşayış məntəqələrindən 3 mindən çox uşaq və onların valideynlərinin məcburi təxliyəsi barədə qərar verib.

Sherg.az xəbər verir ki, bunu ölkənin Bərpa naziri Oleksiy Kuleba açıqlayıb.

Onun sözlərinə görə, iyunun 1-dən bu günədək cəbhə bölgələrindən təhlükəsiz ərazilərə ümumilikdə 150 min nəfər, o cümlədən 18 minə yaxın uşaq təxliyə edilib. Təxliyə prosesi Rusiya atəşinə məruz qalan Çerniqov vilayətində də davam edir.

Qərar Rusiyanın Zaporojyeyə gecə saatlarında həyata keçirdiyi kütləvi dron hücumlarından sonra verilib. Son hücumlarda onlarla yaşayış binası zərər görsə də, itki qeydə alınmayıb.