Ukraynalı futbolçu: “Bu dəhşətlərə ürəyim dözmür, Putin qatildir”

Ukraynanın futbol klubu olan "Şaxtyor Donetsk"in qapıçısı Anatoliy Trubin CNN-ə müsahibə verib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki,  futbolçu müharibə şəraitində olan ölkəsindəki həyatdan danışıb.Yaşadığı Lutsk şəhəri son bir ay ərzində Rusiyanın raket zərbələrinin hədəfi olub. O, vətənində gördüyü dağıntılardan ürək ağrısı ilə danışıb: 

"Ürəyim baş verənlərə dözə bilmir. Çox insan və uşaq öldürülüb. Baş verənləri heç cür başa düşə bilmirəm. Putin qatildir və bunun necə mümkün olduğunu anlamıram”.

A.Trubin müharibənin amansız reallığı ilə üzləşənlərə ümid mesajları göndərmək üçün sosial platformalarından istifadə etmək istəyir.