Ukraynanın qaz ehtiyatları minimum səviyyədən aşağıdır

Ukraynanın yeraltı qaz anbarlarında qış mövsümünü keçirmək üçün tələb olunan minimum həcmdən cəmi 79,5 faiz qaz toplanıb.

Sherg.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, sentyabrın sonuna Ukraynanın qaz anbarlarında təxminən 10,5 milyard kubmetr qaz yığılıb. Minimum ehtiyatın formalaşdırılması üçün Kiyevə əlavə olaraq təxminən 1 milyard dollar, planlaşdırılan 14,6 milyard kubmetrlik göstəriciyə çatmaq üçün isə 2,5 milyard dollar vəsait tələb olunur.

Qeyd edək ki, Ukrayna hökuməti büdcə kəsirinin maliyyələşdirilməsi üçün Qərb ölkələrindən əlavə vəsait tələb edib. Eyni zamanda, Avropa rəsmiləri Kiyevdən korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə, vergi artımı və qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar aparmasını tələb ediblər.