Ukraynaya dəstək səfərləri intensivləşəcək
Yusif Nəzərli
04:30 14.04.2022
Dünya
1358
Müharibə uzandıqca, daha çox ölkə Rusiyaya qarşı səfərbər olacaq
Ukrayna Prezidenti V.Zelenski Almaniya Prezidenti Valter Steynmerin digər Avropa liderləri ilə birgə Ukraynaya səfərə gəlməsinə qadağa qoyub. Bu məlumatı Almaniyanın “Bild” qəzeti yayıb. Nəşrin yazdığına görə, Polşada olan Steynmer Latviya, Litva, Estoniya və Polşa liderləri ilə birgə Ukraynaya səfərə getmək istəyib. Ancaq onun görüş üçün xahişi Zelenski tərəfindən rədd edilib.
Qəzet bunun səbəbini Steynmerin aid olduğu Almaniya Sosial Demokratlarının Rusiya Xarici işlər naziri Sergey Lavrova keçmişdəki yaxınlığı və prezidentin Almaniya-Rusiya iqtisadi əlaqələrinin müdafiəçisi olmağı ilə əlaqələndirib: “Biz hamımız Steynmerin Rusiyaya yaxın bağlılığından xəbərdarıq. Kiyevdə onu indi heç kim görmək istəmir”. Steynmer Kiyevdə arzu olunmadığını bildirib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Aretoviç isə bildirib ki, Zelenski praktiki məsələləri, o cümlədən silah təchizatını müzakirə etmək üçün Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfərini gözləyir. Almaniya kansleri Olaf Şolts isə hələlik Ukraynaya səfər etmək niyyətində olmadığını söyləyib. Kansler bildirib k, ölkəsi Ukraynaya silah tədarükünü davam etdirir və müttəfiqləri ilə sıx əlaqə saxlayır.
Politoloq Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bildirib ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfərindən sonra Avropa ölkələrinin liderlərinin Ukraynaya dəstək səfəri intensivləşəcək. Analitikə görə, müharibə uzandıqca, daha çox ölkə Rusiyaya qarşı səfərbər olacaq:
"Almaniya rəhbərliyinin Ukraynaya səfərinin hələlik reallaşmaması sırf texniki xarakter daşıyır. Zelenskinin alman prezidentini “arzuolunmaz siyasətçi” elan etməsi ağlabatan deyil. Bununla bağlı yayılmış məlumat həqiqəti əks etdirməyə bilər. Çünki Zelenskinin indiki durumunda belə bir addım atması ağılsızlıq olar. Şəhər və qəsəbələrin dağıdılmasına baxmayaraq Ukrayna strateji və taktiki baxımdan çox uğurla müdafiə olunur. Rusiya ordusunun bir-birinin ardınca təkrarlanan uğursuz hücumları Prezident V.Putini daha qəddar davranmağa, ağılsız addımlar atmağa sövq edir. Məhz bu məqam Rusiyaya qarşı hələlik loyal olan Qərb dövlətlərini, ələlxüsus Almaniyanı da Moskva əleyhinə kökləyəcək. Sevindirici məqam odur ki, dünya güclünün yox, haqlının tərəfindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı