Venesuelada qadın zəlzələdən 86 saat sonra dağıntılar altından çıxarıldı

Salvador xilasediciləri perulu həmkarlarının dəstəyi ilə Venesuelada baş vermiş dağıdıcı zəlzələdən 86 saat sonra dağıntılar altında qalan 60 yaşlı qadını binanın qalıqları altından çıxarıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele "X" sosial şəbəkəsində yazıb.

Bukelenin sözlərinə görə, həkimlər zərərçəkənin vəziyyətini sahə düşərgəsində sabitləşdirə bilsələr də, onun durumu ağır olaraq qalır.

Bu səbəbdən qadının Karakasdakı özəl klinikalardan birinə çatdırılması üçün xüsusi helikopter icarəyə götürülüb. Hazırda o, orada zəruri tibbi yardım alır.