Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1450-yə yüksəlib, 3,1 mindən çox yaralı isə xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges açıqlama verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 1450 nəfərə çatıb.
"Bu, ölkəmizin tarixində yaşadığı ən ağır təbii fəlakət nəticəsində həyatını itirən qadın və kişilərdir", - deyə Xorxe Rodriges bildirib.
O əlavə edib ki, 3,1 mindən çox yaralı xəstəxanalarda müalicə alır.