Venesuelada baş vermiş iki zəlzələ nəticəsində həlak olanların sayı 3342-yə çatıb.
Sherg.az xəbər verir ki, bu barədə Venesuela İnformasiya Nazirliyi məlumat dərc edib.
"Reuters"in məlumatına görə, zəlzələnin təsirə məruz qalanların sayı 16 470 nəfər təşkil edir.
Ərazidə yardım göstərmək üçün yeni hərbi hissənin yaradılmasına qərar verilib.