Vəsiyyəti ilə gündəmə gəlib
Yusif Nəzərli
00:32 15.04.2022
Dünya
360
Məşhur prodüser sərvətini sahibsiz itlərin saxlandığı sığınacaqlara bağışladı
Dünyanın müxtəlif ölkələrinin televiziyalarında yayımlanan populyar musiqi və istedad yarışmaları layihələrinin prodüseri Simon Covell bu dəfə vəsiyyəti ilə gündəmə gəlib. Prodüser malik olduğu sərvətindən 20 milyon sterlinqin dünyanın bir neçə ölkəsində köpək sığınacaqlarına veriləcəyini açıqlayıb.
“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, prodüserin ötən il elan edilən sərvəti 600 milyon dollar təşkil edir. İngiltərə mətbuatı S.Covellin sərvətinin 20 milyon sterlinqini sahibsiz itlərin saxlandığı sığınacaqlara bağışlayacağını yazır. Sığınacaqlar arasında Londondakı iki sığınacaq və Barbadosdakı K9 adlı cəmiyyətlər də var.
Məşhur prodüserin və sevgilisi Lauren Silvermanın evində 4 it bəslənir. Prodüserin vəsiyyətini belə erkən tərtib etməsinin səbəbi isə ötən il elektrikli velosiped sürərkən qəzaya uğramasıdır.
Bu qəza nəticəsində S.Covel 6 saat əməliyyat keçirmişdi. Xatırladaq ki, S.Covel məşhur "The X Faktor", "Pop İdol", "America Got Talent", "Britain Got Talent" kimi realiti-şouların prodüseridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm