WSJ: ABŞ Çinə silah satmayacaq

ABŞ administrasiyası Çinə Amerika istehsalı olan silahların satışını planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Çindəki səfiri Devid Perdyu sentyabrın 27-də "Fox News" telekanalına müsahibəsində Prezident Donald Trampın Çin lideri Si Cinpindən nə vaxtsa Amerika silahlarını almaq istəyib-istəməyəcəyini soruşduğunu bildirib.

Lakin ABŞ administrasiyasının rəsmisi WSJ-yə açıqlamasında Vaşinqtonun Pekinə silah satmaq niyyətində olmadığını vurğulayıb.

Administrasiyanın digər nümayəndəsi isə Çinə silah satışının ABŞ qanunvericiliyi ilə qadağan edildiyini və Vaşinqtonun Pekinə bununla bağlı heç bir təklif göndərmədiyini açıqlayıb.