Xameneinin müşaviri İrandan uçuşları dayandıran ölkələri təhdid etdi

İranın Ali rəhbəri Müctəba Xameneinin müşaviri Məhəmməd Möhbər öz hava məkanlarında Tehran aviaşirkətlərinin uçuşlarını dayandıran ölkələri təhdid edib.

Teleqraf xəbər verir ki, o, İranın da həmin ölkələrin aviaşirkətlərinin fəaliyyətlərinə mane olacağını bildirib.

“Bu bölgədə uçuşlar ya hamı üçün sərbəstdir, ya da heç kim üçün. Əgər İranın uçuş həyata keçirmək və hava limanı xidmətlərindən yararlanmaq imkanı olmayacaqsa, regiondakı heç bir ölkənin də belə imkanı olmayacaq”, - Möhbər iddia edib.