Çin və ABŞ münasibətlərində əldə olunan hər bir irəliləyiş beynəlxalq ictimaiyyət üçün nəzərəçarpacaq nəticələr verir.
Sherg.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Çin Prezidenti Si Cinpinqin ABŞ-a dövlət səfərinin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, iki ölkənin müvafiq qurumları Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmaları həyata keçirməli və sağlam rəqabət şəraitində qarşılıqlı uğura nail olmağa çalışmalıdır.
Van İ Pekin və Vaşinqton arasında ciddi fikir ayrılıqları və ziddiyyətlərin qaldığını da etiraf edib. O, əsas vəzifələrdən birinin bu ziddiyyətləri tənzimləmək və iki ölkənin mövqelərinin üst-üstə düşdüyü məsələlərdə ortaq məxrəc tapmaq olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, bu istiqamətlərdən biri transmilli cinayətkarlıqla mübarizədir. Si Cinpin və Tramp iki ölkənin hüquq-mühafizə orqanlarına əməkdaşlığı gücləndirmək və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaq tapşırığı veriblər.
Si Cinpin sentyabrın 24-25-də ABŞ-da dövlət səfərində olub.