Yaponiyanın baş naziri:“Rusiya Buça qətliamına görə cavab verməlidir"

Yaponiya Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) Kiyev bölgəsindəki müharibə cinayətlərinin araşdırılmasını tələb edir.
"Sherg.az" "CNN"ə istinadən xəbır verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida bunu aprelin 5-də Tokio şəhərində keçirilən nazirlər iclasında  müzakirə edib. O, jurnalistlərə həmin mövzu barədə açıqlama verib:"Günahsız mülki şəxslərin öldürülməsi müharibə cinayətidir. 

Ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsindən bunun araşdırılmasını tələb edib. Hesab edirəm ki, Rusiya ciddi şəkildə cavab verməlidir".

Bazar ertəsi Kişida Kiyevin kənarındakı Buça şəhərində ukraynalı mülki şəxslərə qarşı törədilən vəhşiliklərə görə çaşqınlığını ifadə edib.

Qeyd edək ki,  Buçada küçəyə səpələnmiş cəsədlərin görüntüləri həftə sonu şimal qonşumuzun qüvvələrinin ərazidən çıxarılmasından sonra ortaya çıxıb. rəsmi Kiyev lideri  Volodimir Zelenski Rusiyanı hərbi cinayətlərə son qoymağa çağırıb.

Həmçinin ABŞ prezidenti Co Bayden Ukraynada böyük hərbi cinayətlərin aşkar edildiyini bəyan edib.