Yaxın Şərqdə vəziyyət son dərəcə gərgindir - Stenerqard

Yaxın Şərqdə vəziyyət hələ də son dərəcə gərgin olaraq qalır. Gecə saatlarında İsrail və Livan arasında imzalanmış çərçivə sazişi daxilində sülhün bərqərar olması istiqamətində təqdirəlayiq addımlar atıldığı bir vaxtda, biz İran və ABŞ arasındakı atəşkəs rejiminin nə qədər dayanıqsız olduğunu müşahidə edirik.

Axar.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard X hesabında yazıb.

Nazir əlavə edib ki, İsveç bütün tərəfləri təmkinli olmağa və Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi üzrə işləri davam etdirməyə çağırır.

Qeyd edək ki, gecə saatlarında ABŞ və İran bir-birinə zərbələr endirib.