YENİ İDDİA: “Rusiya minlərlə sərnişin təyyarəsini hədəf aldı”
10:09 22.04.2024
Dünya
575
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi son 8 ayda 46 mindən çox uçuşda peyk problemi olduğunu açıqlayıb. Siqnal tıxanma hücumlarının artması diqqəti cəlb etsə də, hücumların mənbəyi haqqında hələ dəqiq məlumat yoxdur. Sənaye ekspertləri Putinə işarə etsə də, Kreml bu iddialara cavab verməyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna müharibəsi səbəbiylə gərginləşən Qərb-Rusiya münasibətləri və bu dəfə mülki aviasiyada yaşananlar GPS problemlərinə görə gündəmə gəlib.
Aviasiyada son dərəcə təhlükəli sayılan elektron hücumlara görə Rusiyanın məsuliyyət daşıdığı göstərilir.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi də saxta siqnallardan istifadə edilən hücumların artdığını təsdiqləsə də, hücumların mənbəyi ilə bağlı qiymətləndirmə aparmayıb.
İngiltərə mətbuatında sənaye mütəxəssislərinin rəylərinə əsaslanaraq, bu hücumların arxasında Rusiyanın ola biləcəyinə diqqət çəkilib.
Saxta siqnallar təyyarənin əslində olduğundan fərqli bir yerdə olduğunu göstərmək üçün istifadə olunur.
Son 8 ayda 3500-dən çox Britaniya sərnişin təyyarəsi hücumların hədəfinə çevrilib.
Aviaşirkətlər bu vəziyyətin həlli yollarını axtarmağa davam edirlər.
Məsələ ilə bağlı açıqlama verən RyanAir rəsmisi hücumlardan sonra GPS-də problem yarandığı təqdirdə alternativ sistemlərin işə salındığını bildirib.
Müharibə mütəxəssisi Dr. Cek Uotlinq Rusiyanın GPS-dən uzun müddətdir ki, təqib vasitəsi kimi istifadə etdiyini, rus əsgərlərinin yerləşdiyi ərazilərdən keçən təyyarələrdə tez-tez belə problemlərin yaşandığını bildirib.
Rusiya ötən ilin martında Polşaya səfər etmiş Böyük Britaniyanın müdafiə naziri Qrant Şapsı geri gətirən təyyarənin peyk siqnalını pozmaqda ittiham edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya