Yeni Kaledoniyada aksiya: Azərbaycan Prezidentinin və "Dəmir Yumruğ"un plakatları...
10:21 21.03.2024
Dünya
444
Martın 20-21-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki Cocotiers meydanında müxtəlif şüarlarla etiraz aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.
Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, bu, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə ziddir. Onlar bildirirlər ki, qanunsuzluqlar ona görə edilir ki, seçkilərdə yeni iştirakçılar (Fransadan məqsədli köçürülmüş fransızlar) üçün yol açılsın. Ona görə də aksiya iştirakçıları “Prezident Makronun konstitusiya islahatlarına”, "Fransız dövlətinin destabilizasiya manverlərinə" yox deyirlər.
Aksiyada çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie-Line Sakilia beynəlxalq ictimaiyyəti kanaklara dəstək olmağa çağırıb: "Azərbaycana kanak əhalisinin müstəqillik və suverenliyi uğrunda apardığı mübarizəyə dəstək verdiyinə görə təşəkkürümüzü ifadə edirik. Biz Bakı Təşəbbüs Qrupuna da beynəlxalq ictimaiyyətin diqqətini bizim problemimizə cəlb etməyə yardım göstərdiyi üçün minnətdarlığımızı ifadə edirik".
Yeni Kaledoniyanın Populyar Nəşrlər Assosiasiyasının prezidenti Brenda Hanthipe Vanabo isə bildirib ki, Fransa dövləti kanakları müstəmləkəçilikdən azad olmaması üçün sıxmaqda davam edir: "Mübarizəmiz davam edir. Azərbaycana apardığımız mübarizəyə verdiyi dəstəyə görə təşəkkür edirik".
Kanak təmsilçisi Devi Nikolas Bolo hazırda əhalinin müstəmləkə repressiyasına qarşı səfərbər olduğunu qeyd edib: "Buranın ilk əhalisi olan kanaklar bu gün Fransa dövləti tərəfindən sıxışdırılır. O, Azərbaycanın müstəqillik və suverenlikləri uğrunda apardıqları mübarizədə kanak əhalisinin yanında olduğunu qeyd edib: "Bu dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk".
İki gün müxtəlif şüarlarla davam edən aksiyalarda Prezident İlham Əliyevin və "Dəmir Yumruğ"un fotolarının əks olunduğu plakatlar qaldırılıb, Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb, hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.
Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual