Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğası ilə üz-üzədir
01:51 09.01.2022
Dünya
540
Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır.
“Report” xəbər verir ki, belə bir xəbərdarlıqla “Daily Mail”ə müsahibəsində ABŞ-ın Stanford Universitetinin professoru Pol Erlix danışıb.
“Kütləvi məhv olma sivilizasiyanın üzləşdiyi, bir-biri ilə əlaqəli ekzistensial təhlükələrdən sadəcə biridir, digərləri iqlimin pozulması, qlobal zəhərlənmə və nüvə silahı yarışının yenilənməsidir”, - deyə Erlix bildirib.
İqlim dəyişikliyinin səbəb olduğu daşqınlar, quraqlıqlar və meşə yanğınları planetdə böyük vulkan püskürməsi və ya nəhəng asteroid kimi fəlakətlərə səbəb ola bilər.
“Əvvəlki beş kütləvi məhvin səbəbləri ilə bağlı bəzi mübahisələr olsa da, elm aləmində davam edən altıncının səbəbi haqqında heç bir söz yoxdur - çoxlu sayda insan var və onların ən zəngini həddindən artıq çox istehlak edir və bütün bunlar gender, irqi, iqtisadi bərabərsizliklə mürəkkəbləşir”, - Erlix əlavə edib.
Ümumdünya Vəhşi Təbiət Fondu isə xəbərdarlıq edib ki, Yer kürəsi yaxın on il ərzində dinozavrların nəsli kəsildikdən sonra heyvanların ən çox kütləvi məhvi ilə üzləşə bilər. Bir milyon flora və fauna növünün yox olmaq ərəfəsində olduğu deyilir.
Xatırladaq ki, Yer kürəsində bu günə qədər canlıların beş kütləvi məhvi olub. Bunlardan ən məşhuruna 66 milyon il əvvəl dinozavrları məhv edən nəhəng asteroid səbəb olub. Dağıntı tarixi idi, çünki dünyadakı növlərin 76 faizi asteroidin vurması və onun sonrakı fəsadları nəticəsində məhv olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət