Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu terror aktı adlandırıb.
Sherg.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, Ukrayna iyulun 25-də İranın ticarət gəmisinə hərbi hücum edib. Nəticədə bir dənizçi həlak olub, daha bir nəfər yaralanıb.
"Bu, əsl terror aktıdır. Müasir terminologiya və yəqin ki, beynəlxalq təcrübə baxımından bu, terror aktıdır və yenidən baş qaldıran "dəniz quldurluğu" təcrübəsinin nəticəsidir", - deyə o, Sputnik radiosunun efirində bildirib.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını bəyan edib.