
Zelenski aradan götürülə bilər -ŞOK PROQNOZ
Yusif Nəzərli
04:00 21.04.2024
Dünya
502
Kreml bu planını həyata keçirsə belə, Ukrayna xalqını mübarizədən geri çəkilməyə təhrik edə bilməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb.
Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunub ki, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər. Polşa vətəndaşının Rusiya tərəfi ilə əlaqə qurduğu və Rusiya hərbi kəşfiyyatına kömək etməyə hazır olduğunu bildirdiyi dəqiqləşdirilib. Ona Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatların toplanması və ötürülməsi, habelə Zelenskinin Polşaya səfəri zamanı ona sui-qəsd cəhdinin hazırlanmasında Moskva xüsusi xidmət orqanlarına yardım etmək tapşırılıb. Ukrayna prokurorları bu barədə aldıqları kəşfiyyat məlumatlarını Varşavadakı həmkarlarına ötürüblər. Nəticədə polyak müəyyən edilərək saxlanılıb. O, xarici kəşfiyyat xidmətinin xeyrinə hərəkət etməyə hazır olmaqda ittiham olunub. Hazırda təqsirləndirilən şəxs müvəqqəti həbs edilib. İstintaq davam edir.
Rusiya rəhbərliyi isə Zelenskiyə qarşı edilən sui-qəsdə görə Qərbi ittiham edib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib ki, Polşada Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlığı ilə bağlı yayılan xəbərlər Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutu ola bilər: “Polşada əsas Bandera üzvünün həyatına qəsd? Amma bu, həqiqətən ciddidir. Narkotik kloununun ciddi təşviş üçün əsası var. Çox güman ki, bu, Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutudur. Qorx, təlxək!”.
Siyasi şərhçi Azər Rəşidoğlu isə “Sherg.az”a açıqlamasında Medvedyevin ittihamlarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, Putin dəfələrlə rəqiblərinə qarşı sui-qəsd həyata keçirib:

“2015-ci ilin fevralında Rusiya müxalifətinin lideri, Yeltsin dövründə Baş nazirin birinci müavini çalışmış Boris Nemtsovun Moskvanın mərkəzində qətlə yetirilməsi, “Gələcək Rusiya” Partiyasının sədri Aleksey Navalnının həbsxanada zəhərlənməsi və ölümü sıradan məsələ deyil. İstisna deyil ki, Kreml Zelenskini də aradan götürmək barədə düşünsün. Putin demokratik yollarla mübarizə apara bilmir. KQB-nin şinelindən çıxmış üsullarla rəqiblərini sıradan çıxarmağa çalışır. Öldürmək, zəhərləmək, sui-qəsd, kütləvi həbslər, repressiya - bütün diktatorlar kimi, Putinin mübarizəsi budur. Kreml anlayır ki, artıq canlı hərbi qüvvəsi tükənmək üzrədir. Bu baxımdan atəşkəs barədə müzakirələri ortaya atmaqla vaxt qazanmağa çalışır. Ukrayna hakimiyyəti, o cümlədən Qərb dairələri də bilir ki, Putin zaman qazanmaqla yenidən qüvvə toplamaq niyyətindədir. Bu imkanın ona verilməsi isə daha neçə min günahsız insanın qətli deməkdir. Kreml çox ümidsiz durumdadır və bunun heyfini günahsız insanlardan çıxır. Bu isə bəşəriyyətə qarşı təhdid, beynəlxalq hüquq və normaların ayaqlar altına atılması deməkdir. Dəhşətli bir mənzərə yaranıb. Ukraynada hər gün yüzlərlə məsum insan öldürülür. Qərb isə sadəcə kənardan müşahidə edir. Maliyyə və iqtisadi sanksiyalarla gələcək hədəf kimi əsas rəqiblərindən birini sıradan çıxarmağı düşünürlər. Nəticədə isə XXI əsrdə bir suveren ölkə xarabalığa çevrilir. Zelenskinin qətlə yetirilməsi də mümkündür. Lakin bunun baş verəcəyi inandırıcı deyil. Kreml hər şeyə, o cümlədən prezidentin qətlinə hazırdır. Onların təcrübəsində rəqiblərin fiziki baxımdan sıradan çıxarılması cinayəti az olmayıb. Lakin mövcud şəraitdə inanmıram ki, bu hadisə baş tutsun. Çünki Prezident Zelenski kifayət qədər peşəkar qorunma altındadır. Hətta Putin bu planını həyata keçirsə belə, Ukrayna xalqını mübarizədən geri çəkilməyə təhrik edə bilməyəcək. Bu, hətta onun özünün siyasi intiharı olacaq. Putindən fərqli olaraq xalqı Zelenskini dəstəkləyir və onun arxasındadır. Rusiyanın təcavüzünə qarşı bütün xalq birləşib və heç bir qüvvə onun müqavimətini qıra bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə