Zelenski: Cəbhədəki vəziyyət Rusiyanın təqdim etdiyi kimi deyil
17:32 20.04.2024
Dünya
330
Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyətin Rusiyanın təqdim etdiyi kimi olmadığına diqqət çəkərək ukraynalıların öz ölkələri uğrunda mübarizədən əl çəkməyəcəklərini vurğulayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı Braziliya mətbuatına müsahibəsində danışıb.
Ukrayna lideri “cəbhədə hər şey pisdir və təşəbbüs rusiyalıların əlindədir” bəyanatlarını “RF-in narrativləri” adlandırıb. “Bu belə deyil”, – Zelenski deyib.
Dövlət başçısı söyləyib ki, “rusiyalıların silahları var” və bu, Ukrayna ordusundakından daha çoxdur: “Hazırda vəziyyət sadə deyil”.
Bununla belə, Zelenski qeyd edib ki, hərbi yardım təsdiqlənən kimi “silahlar addım-addım gələcək”:
“Biz buna sadəcə ümid etməyəcəyik, həm də bunun uğrunda mübarizə aparacağıq”.
Ukraynanın öz müttəfiqlərinin köməyinə niyə bu qədər ehtiyacı olduğunu izah edən Ukrayna Prezidenti deyib ki, ölkənin müstəqilliyinin 30 ili ərzində Rusiya öz “agentlərindən” istifadə edərək “Ukraynanın inkişaf etməməsi” üçün hər şeyi edib, müdafiə sənayesi kompleksi gücünün məhv edilməsi üçün silahlar ayırıb.
O vurğulayıb ki, ukraynalılar ölkələri, müstəqillikləri, Aİ və NATO-ya üzv olmaq planları uğrunda mübarizədən əl çəkməyəcəklər: “Heç kim təslim olmur”.
“[Rusiya Prezidenti Vladimir] Putin bizdən çox qorxur. Mən buna əminəm”, – o əlavə edib.
Ölkə başçısı bildirib ki, Ukrayna yaxın aylarda ABŞ də daxil olmaqla bir sıra ölkələrlə ikitərəfli təhlükəsizlik razılaşmalar imzalamalıdır:
“Konqresdən keçdikdən sonra ABŞ ilə bu güclü razılaşmaya gedəcəyik”.
Onun sözlərinə görə, təhlükəsizlik sazişi təkcə müdafiəni deyil, həm də “humanitar aspektləri, yenidənqurma, maliyyə və iqtisadi dəstəyi” əhatə edir.
Həmçinin müsahibə zamanı Ukrayna Prezidenti bir daha Qərb ölkələrinin İranın hücumunu dəf etməkdə İsrailə kömək etməsinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, Fransa, Almaniya, Polşa, Böyük Britaniya və ya hər hansı digər ölkənin təyyarələri Ukraynaya doğru uçan Rusiya raketlərini məhv etmək üçün havaya qalxarsa, o, “ayaq üstə alqışlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya