
Zelenski Rusiyanın yeni hücum planını Britaniya kəşfiyyatından alıb
Yusif Nəzərli
08:58 13.04.2022
Dünya
712
Putin o əraziləri ələ keçirməklə Azov dənizini Ukraynanın üzünə bağlamağa çalışır
Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Koreya parlamentinə müraciətində böyük itkilərə rəğmən Rusiyanın hərbi hücumları dayandırmadığını bəyan edib.
Hazırkı mərhələdə Ukraynanın təyyarələrdən tanklara qədər çox müxtəlif hərbi texnologiyalara ehtiyac duyduğunu vurğulayan ölkə prezidenti Rusiya ordusundakı ruh düşkünlüyünə rəğmən Ukraynanın şərqinə qarşıdakı günlərdə genişmiqyaslı hücum başlada bilər.
Zelenski həmçinin Rusiyanın məğlubiyyətini etiraf etməkdən qorxduğu üçün qarşıdakı həftənin gərgin keçəcəyi barədə xəbərdarlıq edib.
“Rusiya qoşunları ölkəmizin şərqində daha genişmiqyaslı əməliyyatlara keçəcək. Onlar bizə qarşı daha çox raketlər, daha çox aviasiya bombaları istifadə edə bilərlər. Amma biz onların fəaliyyətlərinə hazırlaşırıq. Biz cavab verəcəyik”.

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Kiyevi ələ keçirə bilməyən Rusiyanın “B” planına keçərək Donbass, Luqansk, Donetsk və Mariupol istiqamətində dislokasiya etməsi bəlli strategiyadır. Onun əsas hücum potensialını bu istiqamətə yönləndirməsi də təəccüblü deyil. Putin sözügedən əraziləri ələ keçirməklə Azov dənizini Ukraynanın üzünə bağlamağa çalışır:
“Çox güman ki, Zelenski Rusiyanın genişmiqyaslı hücum əməliyyatlarına başlayacağı ilə bağlı məlumatları Böyük Britaniya və ABŞ kəşfiyyatından əldə edib. Rusiyanın hərbi hərəkətliliyi və siyasi proseslərin gedişatı da Rusiyanın genişmiqyaslı əməliyyatlara hazırlaşması ehtimalını doğrulayır”.
Politoloqun sözlərinə görə, Zelenski Cənubi Koreya parlamentinə müraciətində bu məsələyə xüsusi diqqət çəkməklə Ukraynanın məruz qalacağı növbəti zərbəylə bağlı dünya ictimaiyyətini məlumatlandırır: “Avropa ölkələri tərəfindən Ukraynaya göndərilən hərbi texnika və maliyyə yardımları fonunda bu əməliyyatlarda da Rusiyanın məğlubiyyətə uğrayacağı şübhəsizdir.
Hətta bu əməliyyatlardan sonra Rusiya-Ukrayna əlaqələrində ciddi dönüş yaranacağı qənaətindəyəm. Yəni Rusiya ağır raketlər və nüvə silahından istifadə etmədiyi müddətdə proses Ukraynanın qələbəsi ilə nəticələnəcək və Putin artıq sülh danışıqlarına getməli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə