Zelenski Ukrayna Konfransına getməkdən imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Konfransında (URC-2026) iştirak etməkdən imtina edib. Ukrayna nümayəndə heyətinə ölkənin Baş naziri Yuliya Sviridenko rəhbərlik edəcək.

Sherg.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixinin sözlərinə görə, qərar Kiyev və Varşava arasında yaranmış fikir ayrılıqları fonunda konfransın həddindən artıq siyasiləşməsinin qarşısını almaq məqsədi daşıyır.

Sviridenko bildirib ki, Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək və ölkənin konfrans çərçivəsindəki fəaliyyətini koordinasiya edəcək. O vurğulayıb ki, Kiyev tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət prinsipi əsasında qurur.

Məlumata görə, gərginlik Polşa Prezidenti Karol Navrotski tərəfindən Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsindən sonra daha da artıb. Buna səbəb kimi Ukraynada UPA (Ukrayna Üsyançı Ordusu) xadimlərinin qəhrəmanlaşdırılması ilə bağlı mübahisələr göstərilir. Konfransda Polşa tərəfini də prezident deyil, Baş nazir Donald Tusk təmsil edəcək.