Zelenski: Ukraynada HHM raketləri kritik səviyyədə çatışmır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket çatışmazlığının kritik həddə çatdığını bildirib.

Sherg.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya gecə saatlarında Kiyev, Dnepropetrovsk, Lvov və Xarkov vilayətləri də daxil olmaqla Ukraynanın bir sıra bölgələrinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib. O, hücum zamanı 70-dən çox raket və 280-dən artıq PUA-nın istifadə edildiyini iddia edib.

Prezident qeyd edib ki, HHM raketlərinin çatışmazlığı xarici tərəfdaşlardan tədarükün gecikməsi ilə bağlıdır və ölkənin hava hücumlarından müdafiəsi üçün vaxtında dəstəyin həyati əhəmiyyət daşıdığını vurğulayıb.