Zelenskidən İrlandiyaya: "Rusiyaya qarşı daha sərt sanksiyalar...”

Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyadan Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmək üçün Avropa İttifaqına təzyiq göstərməyi xahiş edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər veir ki,  Dublin parlamentinə virtual müraciətində Zelenski  Rusiya qoşunlarının etdiklərindən sonra hansısa qərarsızlığa dözə bilməz:

“Biz hələ də bəzi Avropa şirkətlərini Rusiya bazarını tərk etməyə inandırmalı olacağıq. Xarici siyasətçilərə izah etməliyik ki, Kreml  banklarının qlobal maliyyə sistemi ilə istənilən əlaqələrini kəsməliyik. Qərbə başa salmalıyıq ki, rus nefti Moskva hərbi maşınını yeni maliyyə mənbələri ilə qidalandıra bilməz”.
Çərşənbə axşamı Avropa Komissiyası  Rusiya iqtisadiyyatını daha da dərinləşdirmək məqsədi daşıyan beşinci sanksiyalar paketini təklif edib.

Təklif olunan tədbirlərə Rusiyadan ildə 4 milyard avro (4,3 milyard dollar) dəyərində kömür idxalına qadağa daxildir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü “Twitter”də bildirib ki, daha çox iş görülməlidir:
“Aİ-nin 5-ci sanksiya paketinin gücləndirilməsini yüksək qiymətləndirirəm.   Lakin Putini dayandırmaq üçün qaz/neft embarqosu və bütün  banklarının dayandırılması lazımdır. Çətin dövrlər çətin qərarlar tələb edir”.
Qeyd edək ki, İrlandiyanın xarici işlər naziri Simon Coveney açıqlama verib. O bildirib ki, Rusiyanın dörd yüksək rütbəli diplomatik zabitini  beynəlxalq  davranış standartlarına uyğun gəlmədiklərinə görə vəzifədən kənarlaşdırıb.

Şimal qonşumuzun İrlandiyadakı səfirliyi bu addımı pisləyərək, bunu "özbaşınalıq" və "əsassız" adlandırıb.
Kremlin İrlandiyadakı səfirliyi özünün Twitter hesabında bildirib ki, qovulmalar və  Aİ-nin qoyduğu sanksiyalarda iştirak Rusiya-İrlandiya münasibətlərini daha da pisləşdirir.