
Zelenskinin etirafları: Ukrayna Qərbin təzyiqlərinə görə güzəştə getmək məcburiyyətində qalıb?
13:10 02.12.2024
Dünya
493
Ukrayna silahlı qüvvələri itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil. Bunu Ukrayna Prezidenti Vlodimir Zelenski Yaponiyanın Kyodo agentliyinə verdiyi müsahibə zamanı söyləyib. O deyib ki, ordumuzun buna gücü çatmır. Ukraynadakı münaqişə “çətin dövrə” daxil olub.
Qeyd edək ki, Zelenski əvvəllər təkid edirdi ki, Ukrayna münaqişəni 1991-ci il sərhədlərinə qayıdana qədər davam etdirməlidir. Amma son həftələrdə həm o, həm də onun ofisinin rəhbəri Andrey Yermak bunun mümkün olmayacağını etiraf etməyə başlayıblar.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Zelenskinin əvvəlki mövqeyindən geri çəkilməsinin əsas səbəbi ABŞ və Qərbin Ukraynaya verdiyi dəstəkdə yetərli addımlar atmamasıdır:

"ABŞ və Qərb müəyyən məhdudiyyətlərlə bunu edir. Hətta vaxtilə Ukraynaya hücum silahları verilmirdi. Halbuki həmin dövrdə hücum silahları verilsəydi, Ukrayna indiyə qədər Rusiya üzərində qalib gələrdi. Sonrakı dövrlərdə hücum silahları verilməyə başladı. Ancaq həmin hücum silahlarının Rusiya ərazilərinə zərbə endirmək icazəsi verilmədi. Yenə də müəyyən qələbə imkanları əldən buraxılmış oldu. Nəhayət, Rusiyanın ərazisinə zərbə endirmək icazəsi veriləndə artıq Ukraynanın buna canlı qüvvə baxımından yetərli gücü və resursları qalmadı. Çünki Ukrayna bu savaşda 10 minlərlə əsgərini itirib. Yenidən ordunun itkilərinin bərpa olunması üçün isə Ukraynanın canlı qüvvə resursları olduqca məhduddur. Bu baxımdan rəsmi Kiyev üçün olduqca çətin bir dövr başlayıb. Ümumiyyətlə son dövrlərdə Ukraynanı Rusiya ilə olduqca qəliz sülh prosesinə sürükləyirlər. Qərbdə hesab edirlər ki, Rusiyanın müəyyən məsafədə saxlanması, Kreml və Avropa arasında təhlükəsizlik tampon bölgəsinin qalması üçün Kiyevin Moskva ilə sülh sazişi imzalanmasına nail olmaq lazımdır. Eyni zamanda Qərbdə artıq Ukrayna savaşının maliyyələşdirmə yükünü də daşımaq istəmirlər. Bu səbəblə də Ukraynaya maliyyə və hərbi texnika yardımı göstərməkdən yayınmağa başlayıblar. Hesab edirlər ki, bu Qərb ölkələrinin büdcələri üçün olduqca ağır yükdür. Avropa ölkələri də son vaxtlar müəyyən mənada həm iqtisadi, sosial, həm də siyasi böhranla üzləşirlər".
Politoloqun sözlərinə görə, Qərb ölkələri məğlubiyyətlə barışmır. Onlar sadəcəUkraynanı qurban vermək niyyətlərini biruzə verirlər:
"Ukraynanın əraziləri hesabına Rusiya ilə sülh sazişinin imzalanması üçün səhnə arxasında danışıqlar aparırlar. Bu situasiya Rusiyanın maraqlarına cavab verir. Ona görə də Rusiya mümkün qədər vəziyyəti qəlizləşdirməklə həm Qərbdən, həm də Ukraynadan daha çox güzəşt qoparmağa cəhd göstərəcək. Yəni Ukraynanın indi düşdüyü situasiya daha çox ABŞ və Qərbə daxil olan NATO ölkələrinin günahı ucbatındandır. Onlar Ukraynaya savaşın sonuna qədər hər cür dəstək vəd edirdilər. Amma indi bu dəstəkdən geri çəkilirlər. Qərbin bəzi siyasi dairələri israrla Ukraynanın ərazilərinin itirilməsi hesabına Rusiya ilə sülh danışıqlarına başlamaq məcburiyyətində qoymaq istəyir. Bunun üçün də rəsmi Kiyevə ciddi şəkildə təzyiq göstərirlər. Kiyev isə mövcud situasiyanın olduqca qəliz və Ukrayna üçün əlverişsiz olduğunu anlayır. Ona görə də dövlətin tamamilə sıradan çıxmasının qarşısını almaq üçün müəyyən güzəştlərə getmək məcburiyyətindədir. Ən azından müvəqqəti də olsa, savaşın dayandırılaraq Ukraynanın nə vaxtsa güclənəcəyi dövr üçün dondurulmasına daha çox üstünlük verə bilər. Bu baxımdan Zelenskinin etirafları və rəsmi Kiyevi Qərbin təzyiqləri ucbatından güzəştlərə getmək məcburiyyətində qalması o qədər də qəliz deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SHXÇDX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
16:06 19.01.2026
Ölkə
"Qarabağ"ın oyununa satılan biletlərin sayı bilindi
15:31 19.01.2026
Futbol
Bakıda 3 dərəcə şaxta olacaq
15:24 19.01.2026
Ekologiya
Yaponiya parlamenti yanvarın 23-də buraxılacaq
15:04 19.01.2026
Dünya
İran XİN rəhbəri Davos Forumunda iştirak etməyəcək
14:52 19.01.2026
Dünya
“Tramp Marşrutu” dəhliz deyil - Rubinyan
14:46 19.01.2026
Cənubi Qafqaz
Ölkədə nikahların və boşanmaların sayı azalıb
14:36 19.01.2026
Sosial
Azərbaycanda əhalinin sayı açıqlanıb
14:31 19.01.2026
Sosial
İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb
14:17 19.01.2026
Media
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
14:14 19.01.2026
Mədəniyyət
Analitik: Şaraanın kürd qərarı çıxış yolu üçün ən optimal addımdır
14:06 19.01.2026
Dünya
Tramp Putini Qəzza üzrə “Sülh Şurası”na dəvət edib
13:59 19.01.2026
Dünya
Zabitlik məktəbi, rütbədən uca bir ad -Kəşfiyyatın “Mixaylosu”
13:47 19.01.2026
Cəmiyyət
Qazaxıstanda yeni Konstitusiya qəbul oluna bilər
13:29 19.01.2026
Dünya
İsrail mətbuatında Türkiyə sancısı! Bu papaq Ərdoğanın: Tam qələbə
13:17 19.01.2026
Dünya