İranın keçmiş ali dini rəhbəri Əli Xameneinin ölümündə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr X sosial şəbəkəsində bildirib
"Xameneinin və İranın məzlum şəhidlərinin günahsız qanının qisası ilə bağlı iş açılıb. Bu cinayətlərin təşkilatçıları və icraçıları vaxtı çatanda haqq yolunun davamçılarının əli ilə cəzalandırılacaqlar", - deyə o, bildirib.