Əvəz Temirxan: "Qurucular hərəkatı" heç kimin adı ilə bağlı deyil
08:26 31.05.2024
Siyasət
543
“Başımızın üzərində yalnız Azərbaycan bayrağı, Türk dünyasının bayrağıdır. Bizim komandamız Azərbaycan əhalisi, türk xalqlarıdır”
“Hamını, medianı, QHT-ləri, vətəndaş cəmiyyətini bu Hərəkata qoşulmağa çağırırıq. "Qurucular" Hərəkatının məqsədi 5-ci Respublikanın qurulmasıdır. Hakimiyyət 3 yox, 5 qola bölünməlidir. Söz hakimiyyəti də olmalıdır. Müstəqil məhkəmələr qurulmalıdır"
"Siyasi partiyalar haqqında" qanundan sonra fəaliyyətini dayandırmış Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın da içərisində olduğu bir qrup siyasətçi "Qurucular hərəkatı" yaradıldığını elan ediblər. Qurumun təşəbbüskarı Əvəz Temirxan bildirib ki, hərəkat əhalinin demokratik maarifləndirilməsi, vətəndaşların siyasi proseslərdə ictimai iştirakının artırılması, şəffaf seçkilər keçirilməsinə şərait yaradılması məqsədilə yaradılıb.
Hərəkatın yaradılma qayəsi, missiyası ilə bağlı "Sherg.az"a danışan Əvəz Temirxan bildirib ki, məqsədləri Azərbaycanın Türk dünyasının xoşməramlı liderlərindən birinə çevirməkdir. Siyasətçi vurğulayıb ki, bunun üçün ilk növbədə zəki vətəndaş yetişdirilməlidir:
"Zəki vətəndaşların yaşadığı zəki dövlətin qurulması üçün maarifləndirmə işləri aparacağıq. Birlik, barış, böyümə, inkişaf etmə şüarları ilə çıxış edəcəyik. Təkcə Azərbaycanın deyil, türk birliyinin yox, bütün dünyanın bir araya gəlməsini, vəhdətini təbliğ edəcəyik. Biz unitar, harmonik, sosial, hüquqi dövlət quracağıq. İndiki demokratiya zamanın tələbindən geri qalır. Ona görə də mənim ifadəmlə desək, "beyinokratik" dövlətin qurulması istiqamətində çalışacağıq. Yəni düşünən və düşündürən vətəndaşların olmasını, həmçinin dünyanın sosial ədalət üzərində qurulmasını istəyirik. Öz tarixi köklərimiz - türk ədaləti, ordu-millət, zəki və asan dövlət prinsipləri üzərində dövlətin qurulmasını istəyirik. Dünyaya nümunə olmuş Azərbaycan Xalq Cümhuriyyəti ənənəsini yaşadan bir dövlətin qurulması üçün belə bir Hərəkat yaratmaq fikrinə düşmüşük. "Qurucular hərəkatı" heç kimin adı ilə bağlı deyil. Heç kimi bir başqasının bayrağı altına gətirmirik. Hərəkata rəhbərlik kollektiv olacaq. Başımızın üzərində yalnız Azərbaycan bayrağı, Türk dünyasının bayrağıdır. Bizim komandamız Azərbaycan əhalisi, türk xalqlarıdır. Hamını, medianı, QHT-ləri, vətəndaş cəmiyyətini bu Hərəkata qoşulmağa çağırırıq. "Qurucular" Hərəkatının məqsədi 5-ci Respublikanın qurulmasıdır. Hakimiyyət 3 yox, 5 qola bölünməlidir. Söz hakimiyyəti də olmalıdır. Müstəqil məhkəmələr qurulmalıdır".
Ə.Temirxanın sözlərinə görə, yeni Hərəkatın elan edilməsinin Müstəqillik Gününə təsadüf etməsi təsisçilərin Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) qurucularının ideyalarına sadiqliyi təcəssüm etdirir:
"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını rəhmətlə anırıq. Çoxları bilmir ki, Cümhuriyyətin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov mənim nəsil babalarımdandır. Doğma babam Temirxan isə Sultan bəy Sultanovun ən yaxın adamlarından, silahdaşlarından biri olub. Erməni qulduru Andranikə qarşı döyüşüb. Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşeviklərdən azad olunmasında Temirxan babamın qardaşı Qasım baba da iştirak edib. Onu da qeyd edim ki, Nuru Paşanın Batumdan qaçırılaraq Laçına, Zəngəzura gətirildiyi deyilir. Uca Tanrı türkü quruculuq üçün yaradıb".
Ə.Temirxanın sözlərinə görə, yaxın günlərdə hərəkat qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək: "Yeni qanuna görə, qeydiyyat üçün müraciət bir ay müddətində edilməlidir. Biz də qanunamüvafiq şəkildə müraciətimizi edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət