İCMP itkin düşmüş şəxslərin axtarışı üçün Azərbaycana arxeoloqlar göndərə bilər
Yusif Nəzərli
06:54 10.03.2025
Dünya
388
"Azərbaycan itkin düşmüş şəxslərlə bağlı məsələdə məsuliyyəti tam dərk edir".
APA xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Proqram Əməliyyatları meneceri xanım Karmen Osorno deyib.
O, təmsil etdiyi təşkilatın saziş əsaslı olduğunu bildirib: “Biz yeganə xarici beynəlxalq təşkilatıq ki, sırf itkin düşmüş şəxslərlə işləyirik. Qızıl Xaçın mandatı daha genişdir. Azərbaycanda Dövlət Komissiyasının fəaliyyəti İCMP-nin fəaliyyətinə tam uyğun gəlir. Hesabatda bir sıra tövsiyələr vermişik. 64-ə yaxın ölkə artıq Konvensiyanı ratifikasiya edib. Eyni zamanda, düşünürük ki, itkin düşmüş şəxslərin müəyyənləşdirilməsində Azərbaycanın imkanlarına baxa bilərik, gələcəkdə arxeoloq, antropoloqlarımızı bura göndərə bilərik. Əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında da əməkdaşlığa nail olmalıyıq. Qərbi Balkanlarda biz buna nail olduq".
Karmen Osorno bildirib ki, layihə planının hazırlamaq və icrası ilə bağlı razılığa gəlmək istəyirlər: “Biz qiymətləndirmə hesabatını bitirdik və indi sizə prosesi aparmaq üçün sizə yardım etmək istəyirik. Eyni zamanda, itkin düşmüş şəxslərin ailələri ilə də görüşmək istəyirik. Biz səfərlər təşkil etmək də istəyərik. Həm də sizi İCMP təşkilatlarına aparmaq istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual