Məşhur azərbaycanlı yazıçı vəfat edib
Yusif Nəzərli
11:43 25.03.2022
Ədəbiyyat
1781
Bu gün Kanadada mühacirətdə yaşayan əslən Azərbaycan türkü olan iranlı yazıçı Rza Bərahəni 86 yaşında Toronto şəhərində vəfat edib.
“Report”un xəbərinə görə, bu barədə yazıçının oğlu Oktay Bərahəni instaqramda məlumat verib.
Qeyd edək ki, Rza Bərahəni 1935-ci ildə Təbriz şəhərində doğulub. İbtidai məktəb dövrünün bir hissəsi Seyid Cəfər Pişəvərinin qurduğu demokratik hökumətinin dövrünə düşməsi ilə bir müddət türkcə təhsil alıb, lakin hökumətin süqutundan sonra ana dilində təhsil qadağan edilib və bu hadisələr yazıçının gələcək fəaliyyətində əvəzolunmaz rol oynayıb. O, Cənubi Azərbaycandakı ana dili hərəkatının görkəmli nümayəndəsi sayılır. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilən R.Bərahəni İrandakı Pəhləvi, daha sonra isə hakimiyyətə gələn qüvvələrin təzyiqi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalıb. R.Bərahəni 2001-2003-cü illərdə Kanadan “Pen Klubu”nun sədri olub. O, ədəbiyyat sahəsində "Nobel" mükafatına namizəd göstərilsə də, sonradan namizədlər siyahısından çıxarılıb. Buna səbəb iranlı müxaliflərin fəaliyyəti olduğu bildirilib.
Ədib Bakıya da səfər edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm