
Ukrayna səfirindən ABŞ-yə tərs şillə: Türkiyə sizdən daha güclüdür -ŞƏRH
10:55 22.07.2024
Siyasət
436
Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq üçün Türkiyə kimi güclü olmaq şərtdir.
Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
O, Türkiyəni digər vasitəçilik iddiasında olan dövlətlərə nümunə göstərib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan davam edən bu müharibəyə son qoymaq üçün çox səy göstərdilər, vaxt sərf etdilər. Əldə olunan və dünya miqyasında uğurlu olan “Taxıl sazişi” həm də Türkiyənin uğurudur. Türkiyə əsir mübadiləsində də uğurlu olmuşdu. Türkiyə dünyada liderdir”.
Vasili Bodnarın fikirlərinə münasibət bildirən “Report" İA-nın əməkdaşı Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Türkiyə Ukrayna müharibəsinin ilk günlərindən savaşın başa çatması üçün səmimi səylər göstərir:

“Həmin səylər isə nə Ukraynaya, nə də Rusiyaya görədir. Türkiyənin hər iki dövlətlə normal münasibətləri var və bu əlaqələrin qorunmasına çalışır. Sözügedən münasibətlərin qorunması Türkiyənin Şərqi Avropa regionunda təsir gücünün artması deməkdir. Amma müharibə davam etdikcə, Türkiyə daha da çətin vəziyyətə düşür və tərəf seçməli olur. Proseslər böyüyərək faktiki olaraq NATO və Rusiya müharibəsinə doğru gedir. Belə olan halda isə Türkiyə NATO və Rusiya arasında seçim etmək məcburiyyətində qalacaq. Ona görə də rəsmi Ankara mümkün qədər prosesin qarşısını almağa cəhd edir. Digər tərəfdən isə Türkiyə Amerika Birləşmiş Ştatlarının oynunu Ukraynada pozmağa çalışır. Türkiyənin bu təşəbbüsləri həm Moskvanın, həm də Kiyevin xeyrinədir. Bundan sonra Türkiyə ABŞ və Avropa ilə müəyyən mövqe ortaya qoymaları üçün danışmalıdır. Təəssüf ki, bu gün Fransa və ABŞ kimi digər dövlətlər Şərqi Avropada “alova benzin tökürlər”. Səfirin mesajlarında isə ciddi həqiqətlər var. Eyni zamanda səfirin çıxışı bir növ ABŞ və Fransaya mesajdır. Yəni sizin edə bilmədiynizi rəsmi Ankara həyata keçirdi və Türkiyə sizdən daha güclüdür”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Müharibənin ilk günündən etibarən Türkiyə vasitəçilik səylərini davam etdirir. Rəsmi Ankaranın vasitəçiliyi ilə indiyədək tərəflər arasında əsir mübadiləsi həyata keçirilib, "Taxıl sazişi" imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə