Azərbaycan Afinada 29-cu İllik Hökumət Dəyirmi Masasında təmsil olunub
Yusif Nəzərli
08:14 03.07.2025
İqtisadiyyat
389
Yunanıstanın Afina şəhərində “The Economist Impact” platforması tərəfindən keçirilmiş 29-cu İllik Hökumət Dəyirmi Masasında energetika nazirinin müavini Orxan Zeynalov iştirak edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir müavini “Enerji sahəsində regional və regionlararası əməkdaşlıq, enerji təhlükəsizliyi və yaşıl keçid üçün çağırışlar” mövzusunda təşkil olunan panel sessiyada çıxışı zamanı Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, Avropanın, eləcə də Yunanıstanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs edib, bu dəhliz vasitəsilə gələcəkdə Avropaya qaz təchizatının artırılması imkanlarından danışıb. Azərbaycanda enerji sahəsində, xüsusilə enerji keçidi, bərpaolunan enerji sahəsi üzrə həyata keçirilən layihələr, yaşıl enerji dəhlizləri təşəbbüsləri barədə məlumat verib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin əhəmiyyətini qeyd edərək bu və digər yaşıl enerji dəhlizlərinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib. Bu layihələr çərçivəsində bəzi Asiya ölkələri və şirkətləri ilə əməkdaşlıq edildiyi qeyd olunub. Regional enerji əlaqələrinin gücləndirilməsi, yaşıl enerji nəqli marşrutlarının şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlıq imkanlarının əhəmiyyəti diqqətə çatdırılıb. Enerji böhranının qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının vacibliyi vurğulanıb.
Səfər çərçivəsində Orxan Zeynalov Yunanıstanın energetika nazirinin müavini Nikos Tsafos, xarici işlər nazirinin müavini Harri Teoharis və Moldovanın energetika naziri Dorin Junghietu ilə görüşüb. Görüşlərdə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət