Avropada genişmiqyaslı etirazlar aeroportların işini iflic edə bilər
03:37 26.07.2025
Dünya
290
İtaliyada hava limanı işçiləri 26 iyulda dörd saatlıq ümummilli tətil keçirəcək ki, bu da turizm mövsümünün qızğın çağında onlarla reysin gecikməsinə və ləğvinə səbəb ola bilər.
"Report"un "Euronews" telekanalına istinadən məlumatına görə, baqaj daşıyıcıları, yerüstü xidmət personalı və hava limanı işçiləri yerli vaxtla saat 13:00-dan 17:00-dək bütün böyük İtaliya hava limanlarında tətilə çıxacaq.
Etirazçılar iş yerlərində təhlükəsizlik səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması və peşəkar və şəxsi həyat arasında sağlam balansın təmin edilməsi də daxil olmaqla bir sıra tələblər irəli sürürlər.
Bundan əlavə, işçilər sosial təminatların qorunması ilə milli əmək müqavilələrinin uzadılmasında israr edirlər.
Vəziyyəti ağırlaşdıran odur ki, eyni zamanda İspaniya və Portuqaliya hava limanlarında da tətillər keçiriləcək. Yay mövsümünün qızğın çağında minlərlə səyahətçi üçün əsl nəqliyyat kollapsının yaranma təhlükəsi var.
İtaliyada etiraz aksiyaları ölkənin əsas hava limanlarına təsir edəcək: Milan-Malpensa, Milan-Linate, Roma-Fiumicino, Florensiya, Neapol və Venesiya. Xüsusilə çətin vəziyyət Milan-Linate hava limanında gözlənilir - burada sərnişinlərin qeydiyyatı və minmə qapılarının xidməti üçün məsul olan "Swissport" şirkətinin əməkdaşları da tətilə qoşulacaqlar.
İspaniyada tətil hərəkatına marşrut şəbəkəsi 100-dən çox Avropa şəhərini əhatə edən "Volotea" aviaşirkətinin ekipajı və pilotları rəhbərlik edirlər. Bu, məşhur turist istiqamətləri arasında hava əlaqəsini ciddi şəkildə poza bilər.
Ən uzunmüddətli etiraz aksiyası Portuqaliyada gözlənilir - burada "Groundforce" şirkətinin (Menzies Aviation kimi tanınır - red.) işçiləri 26 iyul saat 00:00-dan 29 iyul saat 00:00-dək üç günlük tətil elan ediblər. Onların qərarı Lissabon hava limanının işini iflic edə bilər.
Üstəlik, etirazçılar avqust ayı boyunca tətilləri təkrarlamağı planlaşdırırlar: 8-11, 15-18, 22-25 və 29 avqustdan 1 sentyabra qədər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol