Bakı və Abşeronda toz fəlakəti yaşanır
16:00 25.08.2025
Ekologiya
662
Nəfəs almaq çətinləşib, tibbi maska, eynək və mümkünsə evdə qalmaq vacibdir
Sağlamlığımız ciddi təhlükə altındadır, ekspertlər ciddi qorunma tədbirləri tövsiyə edir
Bakıda və Abşeron yarımadasında mövcud tozlu havanın səbəbi məlum olub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyevanın verdiyi məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.
Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında tozlu hava şəraitinin yaranmasına bir çox amillərin təsir etdiyini bildirdi:
- Bəli, havada tozluluq miqdarı yüksəkdir. Bu, insan sağlamlığına ziyandır, xüsusən də meteohəssas insanlar üçün, azyaşlılar, yaşlı insanlar üçün təhlükəlidir. Bunlar transsərhəd toz axınlarıdır, ölkəmizin ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə daxil olur. Ümumiyyətlə, Abşeron yarımadasının iqlimi, bilirsiniz ki, qurudur, atmosfer yağıntıları azdır, bitki örtüyü zəifdir. Belə şəraitdə çox zəif küləklər də toz hissəciklərini havaya qaldırır. Digər tərəfdən Bakı sənaye şəhəridir. Tikintilər çoxdur. Parkların sahəsi tikinti sahələrinə nisbətən azdır. Yaşıllıqların sahəsi lazımi ölçüdə deyil. Digər bir səbəb Xəzər dənizinin geri çəkilməsi, dənizin səviyyəsinin enməsidir. Biz Xəzərin qərb sahilində yaşayırıq, şərq sahilində isə böyük səhralıqlar var. Qızılqum, Qaraqum səhraları bizdən 200-300 km. məsafədədir. Dənizin səviyyəsinin aşağı düşməsi səhraların ərazisinin daha da genişlənməsinə səbəb olur. Bu da havada tozun miqdarını artırır. Biz Xəzər dənizini xilas etmək lazımdır deyəndə, həm də gələcəkdə səhralaşma təhlükəsinin qarşısının alınmasını nəzərdə tuturuq.
Ekspert bildirdi ki, ölkəmizin ötən il ev sahibliyi etdiyi COP-29 beynəlxalq miqyaslı tədbirdə iştirakçı dövlətlər tərəfindən istixana qazlarının azaldılması öhdəliyi götürülüb:
- İstixana qazlarının 35 faiz azaldılması mümkün olacağı təqdirdə, bu, həm də atmosferin çirkləndiricilərinin azalmasına böyük töhfə vermiş olacaq.
R.Abbasov bildirdi ki, tozlu havanın insan sağlamlığına ziyanı nəzərə alınaraq ehtiyatlı olmaq lazımdır:
- Tozlu hava yuxarı tənəffüs yolları və ağ ciyərlərin fəaliyyətinə mənfi təsir edir. Nəfəs darlığı, öskürək yaradır, ürək döyüntülərini artıra bilir. Odur ki, insanlar mümkün qədər qorunmalıdır. Tibbi maskalardan istifadə etmək, eynək taxmaq, bol maye qəbul etmək və mümkün qədər, zərurət yoxdursa, evdən çıxmamaq məsləhətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə