
Sığınacaq uşaqları məktəbə getmək üçün çarə axtarır
04:21 04.09.2025
Cəmiyyət
747
Kəmalə Ağazadə: “Qəpik-qəpik toplayıb uşaqları məktəbə göndərməyə məcburuq”
“Bəlkə qızlarıma skuter və ya velosiped alım??? Nəqliyyat xərcindən canım qurtarsın?.. Onda da travmatologiyaya xərcim çıxacaq. İraq olsun...” Bu sözləri Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə feysbuk hesabında yazıb. Problem sığınacaqdakı uşaqların məktəbə, kolleclərə - yəni təhsil almağa gedən uşaqların yol xərcinin ödənməsində yaranan çətinlik yaranmasıdır. Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova da eyni problemə toxunub.

Sığınacaq uşaqlarının məktəb – yol xərci məsələsini qabardıb. Əslində, bu məsələ dəfələrlə, başqa rakurslarda qaldırılıb. Təhsilin icbari olduğu bir ölkədə heç bir yerdən gəliri olmayan, valideyn himayəsində yaşayan uşaq məktəbə gedişdə niyə gediş haqqı ödəməlidir? Deyəcəksiniz, valideyn ödəsin və ya ödəyir zatən, uşağın yol xərcini. Elə məsələ də bundadır, bir halda ki təhsil (9 illik təhsil bazası) icbaridir, könüllü deyil, şagirdlər niyə gediş haqqı ödəsin ki?!. Bir az utopiyaya bənzədilə bilər, bu yanaşma. Amma utopiyalıq bir məsələ yoxdur. Övladlarını gün ərzində məktəbə aparıb gətirən valideynlər var. Əsasən kiçik sinif şagirdlərini. Valideyn özünün gediş haqqını ödəsin, uşağa görə isə həm də təhsil, elm ardınca gedən uşağa görə niyə gediş haqqı tələb olunmalıdır? Hələ utanmaz-utanmaz avtobuslarda iri elan da vurulur: “6 yaşdan yuxarı uşaqlara gediş haqqı ödənişlidir”. Məsələ məlumdur, 6 yaşı tamam olmuş uşaq məktəbə gedir. Anası, atası onu səhər aparıb, günorta evə qaytarır. İctimai nəqliyyat sektoru külli miqdarda gəlirindən imtina etmək istəməz. Bəs sığınacaq uşaqları? Onların ki valideyni yoxdur. Yəni fiziki varlıqları varsa da, övladlarını himayə etmirlər. Yaxşı, heç olmasa, sığınacaq uşaqlarına gediş haqqında güzəşt etmək mümkün deyilmi? “Uşaqlar gələcəyimizdir”, filan... deyirlər amma. Nə oldu, gələcək avtobusa minəndə itib-batır?!. Sovet vaxtı tələbələrə "daimi gediş” adlanan güzəştli vəsiqələr verilirdi. Hətta bu vəsiqələr Bakıətrafı marşrutlarda da tətbiq olunurdu. Təqaüdçülərsə təqaüd kartı ilə nəqliyyatdan ödənişsiz istifadə edirdilər. Sığınacaqda yaşayanlar üçün xüsusi endirimli gediş kartları olmalıdır.
AUB-nin sədri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında qeyd etdi ki, uşaqların yol xərcinin təmin edilməsi üçün nə edə biləcəklərini düşünür:
- Ötən il bunu etmişdik. İndi də buna məcburuq, uşaqların əl işlərini satışa çıxaraq, nə əldə etsək, o pula nəqliyyat xərclərini ödəyək. Qəpik-qəpik toplamalıyıq yol xərcini. 13 uşaqdı. Hamısı da təhsil alır. Sentyabrın 15-i tədris ili başlayır. Məktəbə gedəcəklər. Müxtəlif istiqamətlərə. Təsəvvür edin, Biləcəridən “20 Yanvar”a, oradan “Koroğlu” metrosuna... Bu uşaqlar özlərinin yol xərcini necə ödəyə bilərlər? Heç bir yerdə işləmirlər, qazancları yox, valideynləri yox. Sığınacağa yol xərclərinə görə vəsait ödənmir. Neyləyək, saxlayaq uşaqları təhsildən, qoymayaq məktəbə getməyə?
K.Ağazadə bildirdi ki, 13 uşaqdan əlavə 20-25 qız da “Matrix” “SKY”, akademiyaları tərəfindən təmənnasız təklif olunan təhsil proqramları, peşə kurslarında təhsil almaq üçün gedib-gəlməlidirlər:
- Bu təhsil qızlarımızın peşə bacarıqlarına yiyələnməsi, gələcəkdə həyatlarını müstəqil şəkildə qura bilmələri üçün gözəl təşəbbüsdür. Amma yol xərci ödəmək məcburiyyəti qızların qarşısını kəsir. Aylıq gediş haqqı kartları verilmiş olsaydı, gedib-gələ bilərdilər. AYNA-ya müraciət etməmişik, çünki müsbət cavab alacağıma ümid etmirəm. Amma Bakı Metropoliteni bunu edə bilər, qızlara gediş haqqında güzəşt edə bilərlər, məncə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz