Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - ŞƏRH
13:16 08.09.2025
Siyasət
369
İran dolayı yollarla Zəngəzur prosesinə əngəl törətməyə, yubatmağa, qarşısını almağa çalışır və çalışacaq
Zəngəzur dəhlizi İran üçün ciddi strateji zərbə oldu. Çünki dəhliz İrandan yan keçməklə, ABŞ-nin Cənubi Qafqazda uzunmüddətli mövcudluğunu da möhkəmləndirir. "Hill" qəzeti məlumat yayıb ki, Vaşinqton TRIPP adlı marşrutun inkişafı üçün 99 illik konsessiya alıb. Nəşrin iddiasına görə, İran üçün bu, mühüm təsir rıçağının itirilməsi deməkdir:
"Onilliklər ərzində Tehrana regional tranzit siyasətində öz çəkisini saxlamağa imkan verən coğrafiya olub. İndi bu üstünlüyü bərabərləşdirilib. İranın xarici siyasət investisiyaları addım-addım dağılır. Suriyada Bəşər Əsəd rejimini dəstəkləmək cəhdləri uğursuzluqla nəticələnib. Livanda Hizbullahın mövqeləri ciddi şəkildə zəiflədilib. İsrail və ABŞ-la 12 günlük müharibə İranın hərbi sisteminin zəif tərəflərini üzə çıxarıb. Xarici uğursuzluqlar fonunda daxili problemlər daha da pisləşir. Dəhliz Bakı və Ankaraya onun təsirini azaldır, onu tranzit oyunundan çıxarır və daxili qeyri-sabitlik riskini artırır".
Politoloq Turab Rzayev bildirib ki, İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin sürətlənməsindən narahatlığı bizim üçün təəccüblü deyil. Ekspert qeyd edib ki, İran faktiki olaraq Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır:
"Tehran rejimi Zəngəzur dəhlizini hər şeydən öncə Azərbaycan və Türkiyənin daha çox yaxınlaşması, türk dünyasının güclənməsi kimi görür və buna əngəl törətməyə çalışır. İran hər zaman çalışıb ki, Azərbaycan Naxçıvana, Türkiyəyə gediş-gəlişdə ondan asılı olsun. Dəhliz məsələsi gündəmə gələndə "qırmızı xətt" söhbətini ortalığa atıb. Düzdür, son hadisələr fonunda İran bu məsələdə geriyə addım atmağa məcbur oldu. Xüsusən, İsrail-İran müharibəsində ağır zərbələr alması və müttəfiqlərindən yetərli dəstək görə bilməməsi səbəbindən mövqelərində yumşalma nəzərə çarpdı. Lakin "Tramp marşrutu" İranı və Rusiyanı narahat etməkdədir".
Analitik vurğulayıb ki, Tehran hökuməti dəhlizin əleyhinə olmadığını açıqlasa da, ABŞ-yə məxsus şirkətin yola nəzarət etməsinin İranın maraqlarına zidd olduğunu iddia edir:
"İran düşünür ki, ABŞ-nin bölgəyə gəlməsi ilə Ermənistan üzərindən Gürcüstana, Qara dənizə və dünyaya çıxışı əngəllənə bilər. Hesab edir ki, ABŞ bölgəyə öz kəşfiyyatçılarını gətirəcək və s. Bunu özünə təhdid kimi görən İran dolayı yollarla prosesə əngəl törətməyə, yubatmağa, qarşısını almağa çalışır və çalışacaq. Buna nail olub-olmayacağını isə zaman göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya