Türkiyənin paytaxtı Ankarada günorta saatlarından sonra başlayan güclü leysan yağış və dolu şəhərdə həyatı iflic edib.
Sherg.az xəbər verir ki, yağış nəticəsində bəzi küçə və prospektlərdə su yığılması yaranıb, çoxsaylı ev və iş yerlərini su basıb. Sürücülər hərəkətdə çətinlik çəkib, bəzi yollarda avtomobillər suyun içində qalıb və hərəkət dayanıqlığı pozulub.
Yenimahalle rayonunda sel səbəbindən zibil konteyneri sürüklənib, bir neçə avtomobil yolda qalıb.
Kahramankazan və Bağlum bölgələrində isə qısa müddətli dolu yağıb, yollar ağ örtüyə bürünüb, nəqliyyat vasitələrinə ziyan dəyib.
Yağışdan qorunmağa çalışan sakinlər dayanacaqlara və qapalı məkanlara sığınıblar. Bələdiyyə xidmətləri isə suyun çəkilməsi üçün ərazilərdə işlərə başlayıb.
Kahramankazanda misket böyüklüyündə yağan dolunun qalınlığı bəzi yerlərdə 30 santimetrə çatıb.