Düzcə Universiteti Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin (DAGEM) müdiri Prof. Dr. Meral Kekeçoğlu aparılan tədqiqatlar nəticəsində arıların qlobal istiləşmədən daha çox elektromaqnit sahələrdən təsirləndiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Laboratoriya və sahə işləri çərçivəsində DAGEM-in Molekulyar Genetika Laboratoriyasında elektromaqnit dalğaları və UV şüaları ilə xüsusi sahələr yaradılıb. Arılar bu sahələrdə saxlanıldıqdan sonra təbiətə buraxılıb və onların reaksiyaları izlənib.
Kekeçoğlu bildirib ki, UV şüaları arının geninə təsir etməsə də, davranışını dəyişdirir. Əsas problem isə yüksək gərginlik xətləri, baz stansiyaları və Wi-Fi cihazlarının yaydığı elektromaqnit sahələrdir:
“Elektromaqnit sahələr arıları stressə salır, beyninə və geninə təsir göstərir, stress proteinlərinin səviyyəsini artırır. Bu səbəbdən pətəkləri stansiyalarının yaxınlığına qoymaq doğru deyil.”
Tədqiqatlar göstərib ki, elektromaqnit sahələr arıların nektar mənbələrini tapa bilməməsinə səbəb olur və onların inkişafına mənfi təsir göstərir. Qlobal istiləşmə təsirli olsa da, arıların həyatı və davranışlarına dolayısı ilə təsir edir; əsas birbaşa təsir isə elektromaqnit sahələrdən gəlir.