Türkiyənin Kazdağı Milli Parkı ərazisində nadir və qoruma altında olan şakayık (ayı gülü) çiçəkləri çiçək açıb.
Sherg.az xəbər verir ki, nadir növ olan bu bitki ildə yalnız bir dəfə açır və təxminən 20 gün canlı qalır.
Mütəxəssislərin “dünyanın oksigen mənbələrindən biri” kimi təsvir etdiyi bu çiçəyi qoparan və ya zərər verən şəxslərə 840 min TL məbləğində inzibati cəza tətbiq olunur.
Bölgə hər yaz təbiətsevərlərin və fotoqrafların diqqət mərkəzinə çevrilir.