Faktiki hava açıqlanıb

Bu gün saat 13:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Sherg.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.

Qeyd edilib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.