Putinin bu hərəkətlərinə zəiflik əlaməti kimi baxmalıyıq - Foks

Avropa Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinə güc nümayişi kimi deyil, zəiflik əlaməti kimi baxmalıdır.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş müdafiə naziri Liam Foks bildirib.

O qeyd edib ki, Kremlin aqressiv ritorikası və nümayişkaranə təhdidləri özünəinam əlaməti deyil, real problemləri gizlətmək cəhdidir:

“Xarici güc nümayişinə baxmayaraq, Rusiya həm hərbi, həm də iqtisadi cəhətdən ciddi məhdudiyyətlərlə üzləşir. Moskvanın strategiyası əsasən Avropa ölkələrinin qorxusu və qətiyyətsizliyinə əsaslanır”.