Qəbələyə dolu yağır

Qəbələdə günorta saatlarında başlayan güclü leysan dolu ilə əvəz olunub.

APA-nın Şirvan bürosu xəbər verir ki, güclü leysanla müşahidə olunan dolu rayonda və dağətəyi kəndlərdə şəxsi təsərrüfatlara, meyvə ağaclarına ciddi ziyan vurub.

Hazırda yağışlı və küləkli hava davam edir.