Ankaranın Polatlı və Haymana rayonları arasında tarlada bitkin halda tapılan leylek müalicəyə götürülüb.
Sherg.az xəbər verir ki, “Leyloş” adlı leyleyin sağ qanadında çıxıq və parazit problemi aşkarlanıb. Simurq Quş Yuvası Dərnəyində müalicə altına alınan leylek bir həftə ərzində çəkisini 2 kiloqramdan 2,5 kiloqrama qədər artırıb və vəziyyəti yaxşılaşıb.
Mütəxəssislər bildirir ki, müalicə və reabilitasiya tamamlandıqdan sonra leylek yenidən təbiətə buraxılacaq.