Ümumdünya Meteorologiya Təşkilatı yaxın 5 ildə qlobal temperaturun rekord səviyyələrə çatacağını açıqlayıb.
Sherg.az xəbər verir ki, təşkilatın Böyük Britaniya Meteorologiya Xidməti ilə hazırladığı hesabatda 2026-2030-cu illərdə orta temperaturun sənayeöncəsi dövrlə müqayisədə 1,5 dərəcə yüksək olmasının böyük ehtimalla gözlənildiyi bildirilib.
Hesabatda xüsusilə 2026-cı ilin sonlarında yaranacağı gözlənilən El Nino təsirinin 2027-ci ilin yeni istilik rekordu qırma ehtimalını artırdığı vurğulanıb.
Mütəxəssislər Arktikada temperatur artımının davam edəcəyini, bəzi bölgələrdə isə yağıntı rejiminin dəyişə biləcəyini qeyd ediblər.