Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
09:37 11.03.2025
Siyasət
361
Martın 11-də xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berek Aren ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilbi ki, görüş zamanı Azərbaycan və ƏTİT arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə qida təhlükəsizliyi problemlərinin birgə həll yollarının araşdırılması imkanları müzakirə edilib.
Azərbaycanın donor dövlət kimi beynəlxalq humanitar və inkişafa yardım proqramlarına mühüm töhfələr verdiyini vurğulayan nazir Ceyhun Bayramov, aktual qlobal qida təhlükəsizliyi kimi mühüm çağırışın həlli baxımından qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, həmçinin, qida təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu və bu strateji məsələnin daim diqqətdə saxlanıldığını bildirib.
Baş direktor Berek Aren Azərbaycanın qida təhlükəsizliyi proqramlarına verdiyi töhfələrə görə minnətdarlığını bildirərək, ölkəmizin İƏT çərçivəsində aktiv fəaliyyətini və regional qida təhlükəsizliyinin həllində mühüm rolunu yüksək qiymətləndirib.
Ölkəmizin COP29 sədrliyi zamanı əldə olunmuş nailiyyətlər xüsusilə qeyd edilib. İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə birbaşa təsirlərinin bu istiqamətə xüsusi əhəmiyyət verilməsinin zəruri olduğunu göstərdiyi vurğulanıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti bir daha qeyd edilib.
Bununla yanaşı, ƏTİT-in fəaliyyəti barədə geniş təqdimat edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual