
Hüquq müdafiəçisi: “Qara qutu bu işdə ən mühüm sübut vasitəsidir”
09:56 19.09.2025
Dünya
404
Araşdırma siyasi iradə və dəqiq faktlarla yekunlaşmalıdır
Ötən ilin dekabrında Aktau qəzasında qara qutu açılmış və analiz nəticəsində müdaxilə olunduğu aşkar edilmişdi
Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasının Malayziyaya məxsus “Boeing 777” sərnişin təyyarəsinin vurulmasından Moskvanın əlinin olması ilə bağlı qərarı ilə razılaşmır.
Rusiya Xarici İşlər Nazirliyi qərarı “əsassız” adlandırıb.
Nazirlik bildirib ki, Rusiya tərəfi ondan bütün aspektlər - yurisdiksiya, qüvvədə olan qanunlar, faktiki və prosessual pozuntular üzrə şikayət edib.
“Biz beynəlxalq məhkəmənin bu bədnam işə qərəzsiz baxacağını gözləyirik”, - Rusiyanın xarici siyasət qurumu vurğulayıb.
Xatırladaq ki, 2014-cü il iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi Ukrayna səmasında vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
2025-ci il mayın 12-də ICAO Şurası Rusiyanın Beynəlxalq Mülki Aviasiya Konvensiyasını pozduğu və təyyarənin qəzaya uğramasına görə məsuliyyət daşıdığı qənaətinə gəlib. Yəni sərnişin təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulduğu bəyan olunub.
Hüquq müdafiəçisi Xəzər Teyyublu Sherg.az-a deyib ki, təyyarə məsələsində konkret olaraq Rusiya tərəfi ittiham olunursa və Kreml bununla razılaşmırsa, qəzanın səbəblərinin araşdırılması üçün müxtəlif variantlar mövcuddur:

"Öncəliklə təyyarənin uçuş trayektoriyası, yəni bir nöqtədən digərinə hərəkət istiqamətləri birinci ölçü hesab olunmalıdır. Digər vacib detal isə qara qutudur. Bu məsələyə tam aydınlıq gətirmək üçün qara qutunun məzmunu araşdırılmalıdır. Adətən qara qutunu həmin təyyarəni istehsal edən müəssisənin mütəxəssisləri və digər ekspertlər açıb analiz edirlər və onların rəyinə əsaslanmaq lazımdır. Rusiya araşdırmaya nə dərəcədə qoşulacaq və prosesin sonuna qədər iştirak edəcəkmi — bu başqa bir prosesin predmetidir. Əgər ittihamlar əsassızdırsa, beynəlxalq ekspertlər və bu sahədə tanınmış şirkətlər, qurumlar mövcuddur. Yəni onlar da araşdırma aparıb yekun nəticə verə bilərlər. Qara qutunun açılması təyyarə qəzası barədə yekun hökmün verilməsində əsas rol oynayır və hadisə barədə konkret məlumat verə bilir. Bu məsələ ilə bağlı rəsmi mövqelər və ekspert qərarları məlum olduqdan sonra daha dəqiq qənaətlər söyləmək mümkündür; tarixən də belə olub. Məsələn, Azərbaycanda ötən ilin dekabrında Aktau qəzasında qara qutu açılmış və analiz nəticəsində müdaxilə olunduğu aşkar edilmişdi".
Müsahib qeyd edib ki, belə hallar zaman-zaman öz həllini tapır və başqa yolu yoxdur:
"Ancaq bunun üçün siyasi iradə, davamlı araşdırma və faktların dəqiq toplanması vacibdir. Bu dünya miqyaslı məsələdir — insanların, vətəndaşların təhlükəsizliyi məsələsidir. Vətəndaşların həyatına qarşı hər hansı siyasi motivlə hərəkət etmək qəti şəkildə yolverilməzdir. Belə halların cinayət məsuliyyəti olmalıdır. Əks halda, məsələ nəticəsiz qalarsa, bu, mənfi tendensiyalara yol açar. Malayziya tərəfi bu işi araşdırıb yerinə yetirməlidir. Bu, dövlətin borcudur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda məhbus həbsxanadan qaçdı - Əməliyyat keçirilir
17:03 07.07.2026
Hadisə
Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb
16:54 07.07.2026
Dünya
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
16:43 07.07.2026
Gündəm
Rutte elan etdi: Donanma yaradılır
16:11 07.07.2026
Gündəm
Zelenski: Ukrayna NATO-ya məxsusdur
15:59 07.07.2026
Dünya
Ərdoğan Donald Trampı Ankara hava limanında qarşılayıb - YENİLƏNİB
15:57 07.07.2026
Gündəm
Von der Lyayen: Türkiyə NATO-da hər zaman əhəmiyyətli rol oynayıb
15:55 07.07.2026
Siyasət
Bred Pitt gənc sevgilisi ilə ilk rəsmi paylaşımını etdi
15:18 07.07.2026
Şou
Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
15:03 07.07.2026
Gündəm
Trampın təyyarəsi Ankaraya enib
14:43 07.07.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm