Arda Gülər assist etdi, “Real Madrid” fərqli qalib gəldi

İspaniya La Liqasının 5-ci turunda “Real Madrid” doğma meydanda “Rayo Valyekano”nu 4:1 hesabı ilə məğlub edib. Sherg.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu Arda Gülər qarşılaşmaya sonradan daxil olaraq assistlə yadda qalıb.

“Real Madrid”in qollarını Kilian Mbappe (2), Karreras və Cud Bellinqem vurub. Qonaq komandanın yeganə qoluna isə 51-ci dəqiqədə Kamelyo imza atıb.

İkinci hissədə Yan Diomandenin əvəzinə meydana daxil olan Arda Gülər Mbappenin ikinci qolunda məhsuldar ötürmə ilə fərqlənib.

Bu qələbədən sonra “Real Madrid” xallarının sayını 12-yə çatdırıb. “Rayo Valyekano” isə 4 xalla qalıb.