- 21 yaşlı futbolçu bazar dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
La Liqada futbolçuların bazar dəyəri yenilənib. “Real Madrid” və Türkiyə millisinin ulduzu Arda Gülər yeni göstəricisi ilə Türk futbolu tarixinə düşüb.
Sherg.az xəbər verir ki, “Transfermarkt”ın son yeniləməsinə əsasən, Arda Gülərın bazar dəyəri 10 milyon avro artaraq 100 milyon avroya çatıb.
Beləliklə, 21 yaşlı futbolçu bazar dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub. “Xetafe”də çıxış edən Ənəs Ünalın bazar dəyəri isə dəyişməyərək 7 milyon avroda qalıb.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, “Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədə olan Arda Gülərın sözləşməsi 2031-ci ilədək uzadılacaq. Yeni müqaviləyə əsasən, futbolçunun illik maaşının da artırılması nəzərdə tutulur.
Arda Gülər 2023-cü ilin yayında “Real Madrid”ə keçib. O, İspaniya klubunda indiyədək 119 oyunda 19 qol vurub və 28 məhsuldar ötürmə edib.